Millimizin hücumçusu Renat Dadaşovun yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, forvard "Bukovina"ya keçib. Bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb. Dadaşovla 1+1 illik müqavilə imzalanıb.
O, yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Dadaoşov son olaraq Polşa təmsilçisi "Motor"un heyətində çıxış edib. Renat karyerası ərzində Portuqaliyanın "Eştoril", "Pasuş de Ferreyra", "Tondela", İsveçrənin "Qrasşopper", İngiltərənin "Vulverhempton", Türkiyənin "Hatayspor" və "Ankaragücü" klublarının şərəfini qoruyub.
Qeyd edək ki, hücumçu millinin heyətində 45 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. "Bukovina" beş turdan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Sergey Şişşenkonun baş məşqçisi olduğu komandası növbəti oyununu evdə "Zarya"ya qarşı keçirəcək.