PSJ-nin vingeri Xviça Kvaratsxeliya "Qızıl Top"a (Ballon d'Or) namizədlər siyahısına düşməsinə münasibət bildirib. 25 yaşlı gürcü futbolçu bu mükafat uğrunda mübarizə aparan 30 namizəd arasındadır. Sport24.az xəbər verir ki, gürcü futbolçu bu barədə "L"Équipe" nəşrinə açıqlama verib:
"Görək həyat mənə nələr vəd edir. Hər şeyə hazıram. Dünya Çempionatında oynamadan "Qızıl Top"u qazanmaq? Bu, məndən yox, qərar verən şəxslərdən asılıdır. Lakin bu yarışın bir hissəsi olmaq əsl zövqdür! Həyatda, eləcə də futbolda hər şeyin mümkün olduğuna inanıram.
Mişel Platini və Toni Kross kimi oyunçular və əfsanələr bu mükafata layiq olduğumu deyəndə, bu, həqiqətən xoş olur. Hətta planetdə cəmi bir nəfər belə olsa, kiminsə sizin nəyəsə layiq olduğunuzu düşünməsi insana xoş hisslər bəxş edir. Bu o deməkdir ki, işimi düzgün görürəm və bu səviyyədə davam etmək istəyirəm".
Qeyd edək ki, Kvaratsxeliya 2025-ci ildən etibarən PSJ-də çıxış edir. O, ötən mövsüm Fransa təmsilçisinin heyətində 48 oyuna çıxaraq 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Gürcü futbolçu Paris klubunun formasını geydiyi müddətdə ümumilikdə 85 matçda 28 qol və 20 məhsuldar ötürmə müəllifi olub.