Meydanda keçirdiyi vaxtla bağlı vəziyyət yaxşılaşmasa, "Liverpul"un hücumçusu Federiko Kyeza yanvarda klubu tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Kyeza yeni baş məşqçi İraolanın gəlişi ilə vəziyyətinin yaxşılaşacağına ümid edirdi. Belə ki, Andoninin sələfi Arne Slot ötən mövsüm "Liverpul"da Federikoya əsas heyətdə yalnız bir matçda yer vermişdi.

 

Kyeza yeni mövsümün startını buraxsa da, qarşıdakı milli komandalar üçün olan fasilə zamanı məşqlərə qayıtması gözlənilir.

 

O, özünü sübut etmək üçün şans qazanacağına ümid edir. Əks təqdirdə, artıq yanvarda komandadan ayrılmağa hazırdır. Qeyd edək ki, 28 yaşlı italiyalı futbolçu "Liverpul"un Çempionlar Liqasının liqa mərhələsi üçün heyətinə daxil edilməyib.