İngiltərəli yarımmüdafiəçi Ovi Ejariya özünə yeni klub axtarışına çıxıb. Sport24.az xəbər verir ki, çox maraqlıdır ki, o, sosial şəbəkələr vasitəsilə yeni klub axtarır.

 

İyulun 1-də "Ovyedo" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu daşıyan Ejariya status paylaşıb:

 

"Hazırda azad agentəm və karyeramı davam etdirmək üçün uyğun bir seçim axtarıram". 28 yaşlı futbolçu həmçinin əvvəlki klubunu, oynadığı mövqeləri (əsas: mərkəz yarımmüdafiəçisi, sol cinah yarımmüdafiəçisi) və digər məlumatları qeyd edib.

 

Paylaşımda deyilir: "Əgər hər hansı təklifiniz varsa və ya yarımmüdafiəçiyə, yaxud sol cinah oyunçusuna ehtiyacı olan bir klub tanıyırsınızsa, xahiş edirəm, mənə şəxsi mesaj göndərin".

 

Qeyd edək ki, Ejariya "Arsenal" akademiyasının yetirməsidir. O, "Liverpul"un akademiyasına keçməzdən əvvəl, 2014-cü ilə qədər orada məşq edib. Yarımmüdafiəçi "qırmızılar" heyətində Premyer Liqada debütünü 2016–2017-ci il mövsümündə "Uotford"a qarşı oyunda edib. Ümumilikdə, o, "Liverpul"un heyətində iki oyun keçirib. Futbolçu həmçinin "Sanderlend", "Reyncers" və "Redinq" klublarının da formasını geyinib. Ejariya 2025/26-cı il mövsümünü "Ovyedo"da keçirib. O, La Liqada cəmi səkkiz oyunda meydana çıxıb.