Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində I tur başa çatır. sport24.az xəbər verir ki, ilk turun son oyun günündə növbəti 6 qarşılaşma baş tutacaq.
Azərbaycanlı futbolsevərlərin ürəyi Mançesterdə olsa da, İstanbulda keçiriləcək "Fənərbağça" - "Roma" görüşünə də maraq yetərincə böyükdür.
Qeyd edək ki, Çempionlar Liqasında II tura oktyabrın 14-də start veriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
20:45. "Fənərbağça" (Türkiyə) - "Roma" (İtaliya)
20:45. PSV (Niderland) - "Şaxtyor" (Ukrayna)
23:00. "Bavariya" (Almaniya) - "Budyo-Qlimt" (Norveç)
23:00. "Komo" (İtaliya) - "Leyptsiq" (Almaniya)
23:00. "Mançester Yunayted" - "Sabah" (Azərbaycan)
23:00. "Slaviya" (Çexiya) - "Lans" (Fransa)