PSJ-nin ispan futbolçuları Ferran Torres və Fabian Ruis Çempionlar Liqasının 1-ci turunda "Slovan"a qarşı keçirilən oyunda (6:1) rekord müəyyənləşdiriblər. Sport24.az xəbər verir ki, bu barədə "MisterChip" məlumat yayıb.

 

Torres və Ruis birlikdə dörd qola imza atıblar. Ferran het-trik edib, Fabian isə bir qol vurub.

 

Bu, Çempionlar Liqası tarixində ispan futbolçuların qeyri-İspaniya klubunun heyətində bir oyunda dörd qol vurduğu ilk qarşılaşma kimi tarixə düşüb.

 

Qeyd edək ki, əvvəlki rekord üç qol idi. Belə ki, 2010-cu ildə Raul və Xurado "Şalke"nin heyətində üç qol vurmuş, 2012-ci ildə Fernando Torres və Xuan Mata "Çelsi"də eyni nəticəni göstərmiş, 2013-cü ildə Alvaro Neqredo "Mançester Siti"də het-trik etmiş, 2016-cı ildə isə Lukas Peres "Arsenal"da üç dəfə fərqlənmişdi.