Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı ərəfəsində azərbaycanlı cüdoçuların bəzisi öz reytinqini yaxşılaşdırıb. Sport24.az xəbər verir ki, Elcan Hacıyev (90 kq) bir pillə irəliləyərək 5-ci yerə yüksəlib.

 

Zelim Tçkayev (81 kq) isə 6-cı pilləyə qalxıb. Balabəy Ağayev (60 kq) yenidən ilk "onluğ"a qayıdıb, Uşanqi Kokauri (+100 kq) isə 11-ci pillə ilə "Top-10"un astanasındadır.

 

Bununla yanaşı, Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinq cədvəlində inamla liderliklərini davam etdirirlər.

 

Qeyd edək ki, iyunun 13-də start götürəcək dünya çempionatı üçün Azərbaycan komandasının heyəti hələ açıqlanmayıb.