Qadın futbolçular arasında Rusiya Superliqasında 10-cu turun rəmzi komandası açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva da "11-lik"də yer alıb.

 

Müdafiəçinin formasını geyindiyi Sankt-Peterburq "Zenit"i 10-cu turda səfərdə "Zvezda-2005"ə 1:0 hesabı ilə qalib gəlib. Həmyerlimiz bu görüşdə 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 23 xala malik "Zenit" 3-cü pillədə qərarlaşıb. Mirzəliyeva Rusiya çempionatının 8-ci turunda da rəmzi komandada yer almışdı.