Misli Premyer Liqasının XXXVI turunun "Səbail" – "Sumqayıt" oyunundan (1:4) sonra meydan sahibi komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– "Sumqayıt"ı təbrik edirəm. Premyer Liqadan düşməyimiz 3 tur əvvəl rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq çətindir. Düzdür, bu, bizim işimizdir. Nə qədər çalışsaq da, motivasiyanı saxlaya bilmirik. Birinci hissədə daha yaxşı oynadıq. İkinci yarıda "Sumqayıt" öz gücünü göstərdi. Bundan sonra qollar buraxdıq. Bizim üçün çempionat onsuz da bitmişdi. Bundan sonrakı perioda baxacağıq.
– Bəzi futbolçuların heyətdə olmaması nə ilə bağlıdır?
– Gitay Sofirin ayağında bir az problem var idi. Risk etmədik. Həm də gənc futbolçu Oruca şans verdik. Pis də oynamadı.