Bakıda 32 komandanın iştirakı ilə minifutbol üzrə dünya çempionatı keçirilib. Sport24.az xəbər verir ki, ikinci turda Azərbaycan yığması A qrupunda Sloveniya yığması ilə qarşılaşıb.

 

Matç millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

20:45 Sloveniya – Azərbaycan 0:4
Qollar: Elvin Əlizadə 8, Mirmehti Rzayev 10, Xətai Bağırov 24, Kamran Abdullazadə 39

 

Azərbaycan millisi: Ağaseyid Qasımov, Vəli Qafarov - Samir Həmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Xətai Bağırov, Mirmehti Rzayev, Müseib Vəliyev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev, Kamran Qürbətov, Mirkamil Əliyev, Taleh Babayev, Kamran Abdullazade, Elvin Əlizadə, Məhəmməd Xəlilov, Ramiz Çovdarov

 

Qrupun ilk turunda Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Bəhreynlə (1:1), Sloveniya isə Mavritaniya ilə üz-üzə gəlib(1:1). Mayın 25-də Azərbaycan Mavritaniya ilə qarşılaşacaq (19:30).