Misli Premyer Liqasının XXXVI turunun "Səbail" – "Sumqayıt" oyunundan (1:4) sonra qonaq komandanın məşqçisi Vurğun Hüseynov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm. Bu 3 xal bizim üçün vacib idi. Ən azından bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər.

 

– Sizi yeni baş məşqçinin korpusunda görəcəyik?

– Bu barədə mənə heç nə deyilməyib. Gələcəkdə nələrin olacağını görəcəyik.

 

Nuh Tarverdiyev