Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsi davam edir. Sport24.az xəbər verir ki, bu gün başa çatacaq yarışın ikinci günü 1/4 final görüşləri ilə başlayacaq.
Azərbaycan millisi Latviya ilə üz-üzə gələcək. Üç gün əvvəl Dünya kubokunun seçmə oyununda 11:18 hesabı ilə uduzaraq Monqolustandakı həlledici turnirə vəsiqəni əldən verən yığmamız Baltikyanı ölkə təmsilçisindən revanş almağa çalışacaq.
Qeyd edək ki, Latviya - Azərbaycan cütünün qalibi yarımfinalda Çin - Avstriya matçının güclüsü ilə qarşılaşacaq.
Qadın seriyası
Bakı mərhələsi
1/4 final
27 may
17:00. Niderland - İtaliya
17:25. Misir - "Takasaki"
17:50. Çin - Avstriya
18:15. Latviya - Azərbaycan