"Çelsi" "Ayntraxt"ın hücumçusu Uqo Ekitikeni transfer etmək istəyir. Sport24.az xəbər verir ki, London klubu fransalı futbolçu ilə danışıqlar aparırı.
Bu barədə "Sly Sports" televiziyası məlumat yayıb.
"Ayntraxt" oyunçusu üçün 100 milyon avro təzminat tələb edir. 22 yaşlı forvardla İngiltərədən "Liverpul" və "Arsenal" da maraqlanır.
Qeyd edək ki, "Ayntraxt" Uqo Ekitikeni ötən ilin fevral ayında PSJ-dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 22 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.