"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo klubdakı gələcəyi haqda danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis bunları deyib:
"Klubda qalacağam? Prezidentimiz bir neçə həftə əvvəl dedi ki, məni saxlamaq istəyir. İndi mövqeyi dəyişibsə, bilmirəm, mənə məlumat verilməyib.
Son 7 ildə iki dəfə avrokuboklarda final oynamışam. Belə deyim, son illərdə türklərdən daha çox final görmüşəm. Növbəti mövsümdə hədəfimiz Çempionlar Liqasında qruplara qalmaqdır. Bunun üçün ciddi hazırlaşmalıyıq".
"Fənərbağça" Super Liqada sona bir tur qalmış gümüş medalları təmin edib.