İtaliyanın "Torino" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisini Marko Boroni çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

61 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Marko Boroninin son iş yeri "Latsio" olub.