"Mançester Siti" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Vulverhempton"da çıxış edən Rayan Ait-Nurini transfer etməyə yaxındır.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

"Mançester Siti" əlcəzairli sol cinah müdafiəçisi üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, Rayan Ait-Nuri ötən mövsüm "Vulverhempton"un heyətində meydana çıxdığı 41 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.