"DH Volley" klubu qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatında debütü ərəfəsində heyətini formalaşdırmağa davam edir. Sport24.az xəbər verir ki, komanda indiyədək 4 legionerin transferini reallaşdırıb.

 

Onların arasında polşalı Natalia Qajevska, serbiyalı Yovana Çirkoviç, italiyalı Elenia De Manqo və braziliyalı Sonali Sidrao da var.

 

Komandaya həmçinin Azərbaycan millisinin voleybolçuları - Aynur İmanova, Raziyə Əliyeva, Ceyran İmanova və Nilufər Ağazadə də cəlb olunublar.

 

Qeyd edək ki, "DH Volley"in baş məşqçisi Fərid Cəlalovdur.