"Mançester Siti"dən ayrılan Kevin De Bruynenin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi "Napoli"yə keçib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İtaliya çempionu 33 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Kevin De Brüyne 2015-ci ilin yayında "Volfsburq"dan "Mançester Siti"yə keçmişdi.