Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidməti məlumat yayıb.

 

ARAF-nin prezidenti Elçin Quliyev milli üzvlərini qəbul edib.

 

Təltifetmə mərasimində qurum rəhbəri idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-nin dəstəyinin davamlı olacağını vurğulayıb.