UEFA Hakimlər Komitəsinin prezidenti Pyerluici Kollina oyundan kənar vəziyyətin şübhə doğurmadığı məqamlarda laysmanların bayrağı gec qaldırmaları ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "AS" nəşrinə açıqlama verib:

 

"Biz oyundankənar vəziyyətin aşkarlanması texnologiyasının təkmilləşdirilmiş versiyasını təqdim edəcəyik. Bəzən oyunçular 40 metr qaçırlar və yalnız bundan sonra köməkçi hakim bayrağı qaldırır.

 

Bu, oyunçular üçün risk yaradır, çünki onlar zədə ala bilərlər. Beləliklə, köməkçi hakimə texnologiya dəstəyi verə bilsək ofsayd qərarı daha tez veriləcək".