Misli premyer-liqasının 18-ci turunda "Kəpəz" "Şamaxı"ya məğlub oldu - 2:0. Oyunsonrası mətbuat konfransında Azər Bağırov media önünə çıxıb:

 

- Oyun çətin olacağını bilirdik. "Şamaxı"nın son turda məğlubiyyəti daha ciddo yanaşmasına gətirib çıxardı. Meydançada səhvlər etdi. Hər şərdə xeyir var. İstəmədiyimiz məğlubiyyət oldu.

 

- "Qarabağ"la qələbənin eyforiyasından çıxa bilməyən "Kəpəz" gördük sanki..

- Cücərti qala bilər. İnkar etmək sadəlövhlük olar. Neçə gündü bu haqda danışırıq. Ucuz səhvlər etdik.

 

- İkinci hissədə daha yaxşı oynadınız. İlk yarıda niyə alınmadı.

- Ortada boşluq var idi. Görürdük. İkinci hissədə bunu doldura bildik. Qola qədər də oyunumuz yaxşı alımdı. 

 

- Mate Abuladze Cefferson Bentunun yerini doldura biləcək səviyyədədi?

- İki oyunda yaxşı çıxış edib. Bunu zaman göstərəcək.

 

- Yusif İmanov komandanın neçə faizidi?

- Uzun müddət idi oynamırdı. Səhvləri var, amma düzəldə bilər. 

 

- Verdaşka niyə zəif oynadı?

- Mən də müdafiəçi olmuşam. Onlarda səhv axtarmaq işin sonudu. Hamı səhvi orda görür. Biz gedişatda futbolçuların açılmağını istəyirik. Ohori cinahda topu itirir, qol buraxırıq. Bəlkə kimsə deməyəcək, amma səhv Ohoridən başlayır. 

 

- Abuladze ilə Verdaşka eyni tərzdədilər sanki…

- Onlardan daha çox dayaq yarımmüdafiəçilərindən narazıyam. Ba top itirir, Arsen mərkəz müdafiəçisi ola-ola qol vurur. Deməli mərkəzdə boşluq var da. Nəticə qazanmaq ötrü hər şey etmək lazımdı. 

 

- Komandanız kuboka nə qədər hazır olacaq?

- Futbolçularım 4-5 gündən bir oynamağa qadirdilər. Çalışacayıq, kubokda da yolumuza davam edək.