"Zirə"nin futbolçusu Brahim Konate zədələnib. Sport24.az-ın məlumatına görə, oyunçu "Sabah"a qarşı keçirdikləri Misli Premyer Liqasının XVIII turunun oyununda sıradan çıxıb.

 

Onu 43-cü dəqiqədə İsmayıl İbrahimli əvəzləyib.

 

Qeyd edək ki, "Sabah" hazırda 3:0 hesabı ilə öndədir.