Misli premyer-liqasının 18-ci turunda "Şamaxı" səfərdə "Kəpəz"i məğlub etdi - 2:0. Sport24.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.



- Mühüm qələbə idi. Çempionatda ən vacib qələbəmizi qazandıq. Rəqib "Qarabağ" səfərindən qələbə ilə ayrılmışdı. Komandam son məğlubiyyətə yaxşı reaksiya göstərdi. Azarkeşlərə də təşəkkür edirəm.



- "Qarabağ" üzərində qələbə "Kəpəz"i eyforiyaya salmadı ki?


- İnanmıram. İlk oyunda "Kəpəz"ə böyük hesabla məğlub olmuşduq. Biz yaxşı oynadıq.



- İkinci hissədə çoxlu epizod boşa verildi…


- Düzdü. Rəqib 4 dəyişiklik etdi. Çempionatda ən çatışmaz nöqtəmiz bitiricilikdi. Statistikaya görə ən gözəl oyunumuz ötən matç idi. Amma 4:0 uduzmuşduq. Ustalıq çatmır. Edqar gecə-gündüz çalışır. Bir futbolçunu yetişdirmək üçün illər lazımdı. Amma bizdə buna qiymət azdı.



- "Şamaxı" hər dəfə məğlub olandan sonra belə söhbətlər çıxır ki, Ayxan Abbasovun iki tərəfdə işləməyə gücü çatmır.


- Mən uduzanda bu söhbət çıxır. Təlim-məşq toplanışında iştitak etdim. İstirahətimi milli komandaya həsr etmişəm.



- Qapıçınız oyunun ən yaxşısı idi?


- Ən yaxşı oyun oldu. Komandamızın yarısından çoxudu. Həm insan, həm də futbolçu olaraq. İki oyundu bir barmağı sınıq çıxır.