Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün hesabat həftəsi çərçivəsində daha iki oyun baş tutacaq.
Günün ilk qarşılaşması Yevlaxda keçiriləcək. Ötən tur gözlənilmədən "Qarabağ"ı məğlub edən "Kəpəz" "Şamaxı"nı qəbul edir. Bu tur ərəfəsində "sarı-göylər" 12 xalla turnir cədvəlində 11-ci, aktivində 20 xal olan "şirlər" isə 8-ci pillədə qərarlaşıb. Nominal meydan sahibləri qalib gələcəyi təqdirdə dünən "İmişli"ni məğlub edən "Qəbələ"ni keçəcək.
Qeyd edək ki, görüşün start fiti saat 14:30-da səsləcək.
Misli Premyer Liqası
II dövrə, XVIII tur
14:30. "Kəpəz" - "Şamaxı" 0:1 (Birinci hissə)
Qol: Arsen Ağcabəyov, 13
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax. Şəhər stadionu.
"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 8. Veysəl Rzayev 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüsenyov 81. Elgün Bayramov 99. Əli Səmədov 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov20. Elcan Əbilov 23. Fərid Kələntərov 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 80. Şahnur İsmayılov 9. Luis Paçu
Baş məşqçi: Azər Bağırov
"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov