Misli Premyer Liqasının 18-ci turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Sabah"ı qonaq edir.

 

Turun mərkəzi qarşılaşmasına maraq yetərincə böyükdür. Qonaqlar bu tur da qalib gəlib zirvədə yerini möhkəmləndirmək niyyətindədir. Hazırda aktivində 29 xal olan və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan meydan sahiblərinin də liderlər qrupundan uzaq düşməmək üçün meydana 3 xal üçün çıxacağı heç kimdə şübhə doğurmur. Rəşad Sadıqovun komandası bu gün məğlub olarsa, bu "qartallar"a avrokuboklara vəsiqə uğrunda mübarizədə ağır zərbə ola bilər.

 

Qeyd edək ki, hesabat həftəsinin daha iki - "Qarabağ" - "Turan Tovuz" və "Araz-Naxçıvan" - Neftçi" - matçı sabah baş tutacaq.

 

Misli Premyer Liqası

II dövrə XVIII tur

17:00. "Zirə" - "Sabah" 

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Rəhman İmami
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə. İdman Kompleksinin stadionu.