"Karvan-Yevlax" klubu itki ilə üzləşib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin futbolçusu Elvin Yunuszadə cəzalə duruma düşüb.

Buna müdafiəçinin Misli Premyer Liqasının XVIII turunda "Sumqayıt"la matçda sarı vərəqə alması səbəb olub.

Yunuszadə cari mövsüm dördüncü dəfə bu halla üzləşdiyi üçün XIX turda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Sumqayıt"a evdə iki cavabsız qolla uduzan "Karvan-Yevlax" hazırda 6 xalla sonuncu 12-ci pillədə qərarlaşıb. 11-ci yerdəki "Kəpəz"in 12 xalı var. "Karvan-Yevlax" XIX turda, fevralı 9-da "Turan Tovuz"la üz-üzə gələcək.