"Milan" yay "transfer pəncərəsi"ndə müdafiəsini gücləndirməyi düşünür və məqsədlə Madrid "Atletiko"sunun müdafiəçisi Xose Mariya Ximenesin keçidində maraqlıdır. Sport24.az "AS"a istinadən xəbər verir ki, İtaliya klubu qarşı tərəfə təklif göndərməyə hazırlaşır.

 

Mənbənin sözlərinə görə, uruqvaylı futbolçunun Madrid klubu ilə sözləşməsi 2028-ci ilin yayında başa çatır. Onun transferi "Milan"a 30 milyon avroya başa gələ bilər.

 

Qeyd edək ki, 2013-cü ildən "Atletiko"nun formasını geyinən və bütün turnirlərdə ümumilikdə 370 oyuna çıxan müdafiəçinin əlverişli şərtlər qarşılığında Madriddən ayrılmaq istədiyi bildirilir.