"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska bu yay Almaniya klubundan ayrılacaq. Sport24.az xəbər veri ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun idman direktoru Kristof Froyndin sözlərinə görə, qış transfer pəncərəsi zamanı Leon Qoretska ilə digər klublardan gələn real təkliflər müzakirə olunub. Lakin futbolçu "Bavariya"nın cari mövsümdəki çıxışını və qarşıdakı hədəflərini nəzərə alaraq, müqaviləsinin qalan müddətini komandada keçirməyə üstünlük verib və yayda klubdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayında "Şalke"dən "Bavariya"ya keçib. Almaniyalı futbolçu bu mövsün Münhen təmsilçisinin heyətində 28 oyuna 1 qol vurub.