Misli premyer-liqasının 17-ci turunda "Sumqayıt" səfərdə "Karvan-Yevlax"ı məğlub etdi - 2:0. Sport24.az xəbər verir ki, oyundan sonra "kimyaçılar"ın baş məşqçisi Saşa İliç media önünə çıxıb.



- Bizim üçün vacib oyun idi. Qalib gəlsək də, oyundan razı deyiləm. Ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələrində də səhv edirdik. Bu cəhətdən inkişaf etməliyik.



- Nihad Orucəli çempionatda debüt etdi. Matçın sonlarında qol imkanı da oldu. Onun çıxışını bəyəndiz?


- Təlim-məşq toplanışına gənc oyunçular aparmışdıq. Sevindirici haldı. Onun oyunundan razı qaldım.



- Pedro Pinto niyə komandadan ayrıldı?


- Bu futboldu, belə şeylər olur. Təklif oldu, dəyərləndirdi. Onun mövqeyində oynayacaq bir neçə futbolçu var.



- Niyə 2-ci qoldan sonra temp düşdü?


- Bizim səhvlərimizə görə. Ötürmələrdə, standart vəziyyətlərdə səhv edirdik.



- Süni örtük oyununuza təsir etdi?


- Yox.

- Avrokuboklarda oynamaq üçün keyfiyyətli qapıçıya ehtiyac var?


- Deyə bilmərəm. Qapıçılarımız var.