İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah komandanın sabiq üzvü Ceymi Karragerin UEFA Çempionlar Liqasındakı (ÇL) rekordunu təkrarlayıb. Sport24.az-ın məlumatına görə, misirli hücumçu buna Liqa mərhələsinin VIII turunda "Qarabağ"la matçda iştirak etməklə nail olub.

 

Bu görüş Salahın "Liverpul" forması ilə ÇL-dəki 80-ci qarşılaşmasıdır. O, Mersisayd təmsilçisinin əfsanəvi oyunçusu Ceymi Karragerin klub rekorduna çatıb.

 

Qeyd edək ki, oyun "Qarabağ"ın 0:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb.