"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi "Nyukasl" ilə qarşılaşacaq.

 

İlk oyunlar 17-18 fevral, cavab görüşləri 24-25 fevral tarixlərində baş tutacaq.

 

Qeyd edək ki, turnir cədvəlində daha aşağı pillə tutan "Qarabağ" ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcəklər.