Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsini 9–24-cü yerlərdə başa vuran klublar iştirak ediblər.

 

Ölkəmizi turnirdə təmsil edən "Qarabağ" pley-offda "Nyukasl"a (İngiltərə) rəqib olub.

 

Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək.

 

"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

 

"Monako" (Fransa) - PSJ (Fransa)

 

"Qalatasaray" (Türkiyə) -"Yuventus" (İtaliya)

 

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

 

Qeyd edək ki, ÇL-də pley-offun ilk oyunları 17–18 fevralda, cavab görüşləri isə 24–25 fevralda keçiriləcək.