Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün hesabat həftəsi çərçivəsində daha iki oyun baş tutacaq.

 

Günün ilk qarşılaşması Yevlaxda keçiriləcək. Ötən tur gözlənilmədən "Qarabağ"ı məğlub edən "Kəpəz" "Şamaxı"nı qəbul edir. Bu tur ərəfəsində "sarı-göylər" 12 xalla turnir cədvəlində 11-ci, aktivində 20 xal olan "şirlər" isə 8-ci pillədə qərarlaşıb. Nominal meydan sahibləri qalib gələcəyi təqdirdə dünən "İmişli"ni məğlub edən "Qəbələ"ni keçəcək.

 

Qeyd edək ki, görüşün start fiti saat 14:30-da səsləcək.

 

Misli Premyer Liqası

II dövrə, XVIII tur

14:30. "Kəpəz" - "Şamaxı"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax. Şəhər stadionu.