"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a (İngiltərə) qarşı oyunlarının vaxtı açıqlanıb. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını fevralın 18-də Tofq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Görüş saat 21:45-də başlayacaq.
Cavab qarşılaşması isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-də, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-də, saat 00:00-da start götürəcək. Oyun "St James' Park" stadionunda olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" pley-off cütünün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi"yə rəqib olacaq. Sözügedən komandalar 1/8 finala birbaşa vəsiqə qazanıblar.