Denzel Dumfris daha bir İngiltərə top-klubunun diqqətini çəkib. Əvvəllər xəbər verilmişdi ki, "İnter"in sağ müdafiəçisi ilə "Mançester Siti" və "Barselona" da maraqlanır. Sport24.az xəbər verir ki, indi holland futbolçunun transferi imkanını "Liverpul" da nəzərdən keçirir.
Mersiysayd klubu artıq Dumfris barədə sorğu göndərib.
"Qırmızılar"ın marağı, Jeremi Frimponqun sağlamlıq problemləri ilə bağlıdır. Eyni zamanda, Dumfris özü də noyabrdan bəri zədəyə görə oynamır. Dekabrın sonunda xəbər verilmişdi ki, o, üç ayadək meydandan kənarda qalacaq.
"Liverpul" "İnter"in oyunçusunu transfer etmək istəyir, amma yalnız o halda ki, futbolçu yaxın zamanda yenidən meydana qayıda bilsin.