Frankfurt "Ayntraxt"ı 43 yaşlı ispan məşqçi Albert Rieranın transferi üçün 850 min dollar sabit ödəniş edəcək və müqavilənin bonuslar şəklində 1,2 milyon dollara qədər artacağı gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Riera bazar ertəsi işə başlayacaq və 2028-ci ilin yayına qədər müqavilə imzalayacaq. İki köməkçi məşqçi - Pablo Remon Arteta və Lorenzo Dolçetti də Almaniyaya köçəcək.
Qeyd edək ki, Riera son iş yeri Sloveniya təmsilçisi "Selje" olub. O bu komandanı Konfrans Liqasının pley-off mərhələsinə çıxarıb.