"Beşiktaş" "Liverpul"un müdafiəçisi Konstantinos Tsimikasın transferi üçün tam razılığa gəlib. Türkiyə klubu hazırda Yunanıstan millisinin üzvü ilə "Latsio"nun oyunçusu Nuno Tavares arasında seçim edir. Sport24.az jurnalist Santi Aunanın "X" sosial media hesabına istinadən xəbər verir ki, İstanbul klubu yaxın 48 saat ərzində qərar verməlidir.
Mənbənin sözlərinə görə, "ağ-qaralar" həmçinin "Liverpul"un qapıçısı Giorgi Mamardaşvilinini cari mövsümün sonuna qədər 2 milyon avroya icarəyə götürməyi də planlaşdırır.
Qeyd edək ki, Tsimikas ötən yaydan "Roma"da icarədədir. O, bütün turnirlərdə 17 oyun keçirib və bir məhsuldar ötürmə edib. Mamardaşvili bu mövsüm 11 oyunda meydana çıxıb və üç dəfə qapısını toxunulmaz saxlayıb.