İtaliya millisinin keçmiş hücumçusu Lorenso İnsinye "Peskara"ya qayıdıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2020-ci ildə İtaliya millsinin heyətində Avropa çempionu olan forvard köhnə-yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, İnsinye 2011/2012 mövsümündə müqavilə ilə "Napoli"yə məxsus olsa da, icarə əsasında "Peskara"da oynayıb. 34 yaşlı italiyalı futbolçunun son klubu 2025-ci ilin yayında ayrıldığı "Toronto" klubu olub. "Peskara" 21 oyundan 14 xalla B seriyasında sonuncu yerdədir.