Misli Premyer Liqasının XVIII turunda keçiriləcək "Kəpəz" - "Şamaxı" oyunu yubileylə əlamətdar olacaq. Sport24.az-ın məlumatına görə, bugünkü matç komandaların çempionatdakı 40-cı dueli olacaq.

 

Əvvəlki 39 qarşılaşmanın 10-da Gəncə təmsilçisi 19-da hazırkı qonaqlar qalib gəlib. 10 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Şamaxı"nın aşkar üstünlüyü var - 63:42.

 

Qeyd edək ki, "Kəpəz" - "Şamaxı" oyunu bu gün saat 14:30-da start götürəcək. "Şamaxı" daha əvvəl "Xəzər Universiteti", "İnter" və "Keşlə" adı ilə "Kəpəz"ə (Gəncə) rəqib olub.