AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq. Sport24.az xəbər verir ki, XIV tur çərçivəsində fevralın 1-də keçiriləcək "Şəfa" – "Sumqayıt" (14:00) və "Zaqatala" – "Dirçəliş" (14:30) görüşü platformada göstəriləcək.

 

Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:  

 

"Şəfa" – "Sumqayıt" "Zaqatala" – "Dirçəliş"

 

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.