"Mançester Siti"nin qapıçısı Stefan Orteqa karyerasını "Nottingem Forest"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial media hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 33 yaşlı qapıçı "Foresters"lə beş aylıq müqavilə imzalayacaq. Almaniya millisinin üzvü bu gün tibbi müayinədən keçəcək.

 

Qeyd edək ki, Orteqa 2022-ci ilin yayında "Mançester Siti"yə qoşulub. O, bu mövsüm heç bir oyunda iştirak etməyib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 5 milyon avrodur.