III MDB Oyunlarında 23 idman disiplini üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq.
İdman.biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.
Ən çox medal dəsti üzgüçülük üzrə (40 dəst) olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyən olunacaq.
Yarışlar 12 idman məkanında keçiriləcək.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.
Qeyd edək ki, Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.