"Əl-Nəsr" İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spaletti ilə danışıqlar aparır. Sport24.az insayder Alfredo Pedullaya istinadən xəbər verir ki, Səudiyyə klubu 66 yaşlı italiyalıya 18 milyon avro maaşla iki illik müqavilə təklif edib. Mütəxəssis hələ ki, qarşı tərəfə son qərarını açıqlamayıb.
Spaletti məşqçi karyerası ərzində "Napoli", "İnter", "Roma", "Zenit" kimi klublarda çalışıb.
Qeyd edək ki, "Əl-Nəsr"in baş məşqçisi Stefano Piolinin Kriştianu Ronaldo ilə fikir ayrılığına görə klubu tərk edə biləcəyi barədə məlumat yayılıb. İyunun əvvəlində mətbuatda "Fiorentina"nın italiyalı mütəxəssislə maraqlanması barədə xəbərlər yayılmışdı.