"Brentford"un hücumçusu Brayan Mbemo "Tottenhem"in maraq dairəsindədir. Sport24.az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Mənbənin sözlərinə görə, londonlular hücumçuya görə qarşı tərəfə 65 milyon və bonus olaraq 5 milyon funt-sterlinq təklif etməyə hazırdır. Daha əvvəl "Brentford"un "Mançester Yunayted"in 45 milyon funt-sterlinq təklifini rədd etdiyi bildirilirdi.
Qeyd edək ki, Mbemo son mövsümdə bütün turnirlərdə 42 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.