Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib. Sport24.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxıb. Onlar hamısı çıxışını medalsız bitiriblər.

 

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə üz-üzə gəlib. Cüdoçumuz startda məğlubiyyətə üzülüb.

 

Leyla Əliyeva (48 kq) mübarizəyə 1/32 finaldan başlayıb. O, Kurbanay Kurbanova (Türkmənistan) ilə qarşılaşıb və qələbə qazanıb. Cüdoçumuz ikinci görüşdə Laura Martinesə (İspaniya) məğlub olub.  

Könül Əliyeva isə 1/32 finalda Mariya Labordeyə (ABŞ) uduzub.

 

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.