Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha bir ölkədən təklif alıb. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Ukrayna Premyer Liqasında çıxış edən klublardan biri 27 yaşlı hücumçunu heyətinə cəlb etmək istəyib. Komandanın adını dəqiqləşdirə bilməsək də, həmin komanda avrokuboklara vəsiqə əldə edib.

Emreli isə bu təklifə müsbət yanaşmayıb. O, karyerasını məhz elə Almaniyada davam etdirmək niyyətindədir.

Qeyd edək ki, forvard son olaraq II Bundesliqada "Nürnberq"in formasını geyinib.