Qadın voleybolçular arasında son ölkə çempionu "Azərreyl" baş məşqçisi Paolo Tofoli ilə müqavilə müddətini uzadıb. Sport24.az AZƏRTAC-a istinadən xəbər verir ki, "dəmiryolçular" italiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalayıb.

 

"Azərreyl" Paolo Tofolinin rəhbərliyi altında ötən mövsüm Yüksək Liqanın qalibi olub.

 

Qeyd edək ki, o, 2024-cü ildən Bakı təmsilçisində işləyir.