Qadın voleybolçular arasında son ölkə çempionu "Azərreyl" yeni mövsüm üçün heyət çalışmalarına start verib. Sport24.az AZƏRTAC-a istinadən xəbər verir ki, "dəmiryolçular" Puerto-rikolu oyunçusu Nayka Benites ilə birillik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, 36 yaşlı oyunçu ötən ildən Bakı təmsilçisində çıxış edir.