"Real" Trent Aleksandr-Arnold üçün imza mərasimi təşkil edib. Sport24.az xəbər verir ki, tədbirdə 26 yaşlı futbolçunun ailəsi və "Real"ın prezidenti Florentino Peres iştirak edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İngiltərə millisinin üzvü ilə 2031-ci ilin yayın kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Real" "Liverpul"la 1 aylıq müqaviləsi qalan Trent Aleksandr-Arnold üçün 10 milyon avro təzminat ödəyib.