Luçano Spalettinin İtaliya millisinin baş məşqçisi postundan istefa verməsi və Klaudio Ranyerinin vakant vəzifəni tutmaqdan imtina etməsindən sonra İtaliya Futbol Federasiyası (FIGC) komanda üçün yeni baş məşqçi axtarışını davam etdirir. Sport24.az xəbər verir ki, namizədlərdən biri də A Seriyasındakı işinə görə italyan azarkeşlərə yaxşı tanış olan ispaniyalı Rafael Benitesdir.
AS nəşri ispaniyalının danışıqlara hazır olduğunu bildirib.
Qeyd edək ki, namizədlər arasında Roberto Mançini, Fabio Kannavaro və Cennaro Qattuzo kimi mütəxəssislər də yer alıb.